"Bunu hamımız bilirik",- Qvardiola


"Man Siti"nin baş məşqçisi Pep Qvardiola yenə Lionel Messi haqqında danışıb. 90plus.az xəbər verir ki, 49 yaşlı məşqçi bunları deyib: "O, ən güclü oyunçudur. "Barselona"da işlədiyim vaxtlarda çox məşq, oyun keçirmişik. Messi heç bir epizodda uduzmayıb. Əgər elə olsaydı, komandadan ayrılardı. Hamımız Messinin ən yaxşı oyunçu olduğunu bilirik". Qeyd edək ki, Messinin klub ilə müqaviləsi bu yay başa çatacaq.

0 comments