top of page

Buqrin sıradan çıxdı


"Neftçi" klubunun futbolçusu Sabiq Buqrin zədələnib. 90plus.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi səfərdə "Qəbələ"yə qarşı keçirdikli Premyer Liqanın XIV tur oyununda xəsarət alıb. Nəticədə 33-cü dəqiqədə meydanı tərk etməli olan Buqrini Sezar Meza Kolli əvəzləyib. Daha əvvəl "ağ-qaralar"dan qapıçı Aqil Məmmədov, müdafiəçi Mamadu Mboc və yarımmüdafiəçi Xorxe Korrea eyni səbəbdən görüşü buraxıb. Qeyd edək ki, "Qəbələ" hazırda 1:0 hesabı ilə öndədir.

0 comments
bottom of page