top of page

"Bura gələndən saqqalım ağarıb"- Klopp


"Liverpul"un baş məşqçisi Yurgen Klopp məşqçilik karyerasında 1000-ci matça çatması barədə danışıb.

90plus.az xəbər verir ki, hazırda İngiltərə Premyer Liqasının 21-ci turunda "Çelsi"yə qarşı keçirilən görüşlə o, bu rəqəmə çatıb.


Mütəxəssis 1000-ci oyunu ilə bağlı "The Guardian"a açıqlamasında deyib: “Bu, böyük, çılğın rəqəmdir. Mən həqiqətən xoşbəxtəm. Amma indi saqqalım ağarıb və mən "Liverpul"a gələndə belə deyildi. Niyə ağardığımı dəqiq bilmirəm - yaşa görə və ya "Liverpul"a görə. Mən sevdiyim klublarda sevdiyim işlə məşğulam, ona görə də şanslıyam

0 comments
bottom of page