
"Sabah"ın yeni transferi Anatoli Nuriyev klubun saytına açıqlama verib. 90plus.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi paytaxt təmsilçisinə gəldiyi üçün şad olduğunu bildirib: "Sabah"a keçdiyimə görə çox şadam. Burada mənə tanış simalar var. İnanıram ki, yeni komandama tez uyğunlaşacağam. "Sabah"da məşqlərə başlamaq, yeni komanda yoldaşlarım və məşqçilərimlə tanış olmaq üçün səbirsizlənirəm. Ümid edirəm növbəti mövsüm bizim üçün uğurlu olacaq və qarşımıza qoyulan hədəfə çatacağıq". Qeyd edək ki, Nuriyev ötən gün "Sabah"la 3 illik müqavilə imzalayıb.