Burak Hollandiya ilə oyundan danışdı

"Niderlanda 3 qol vurmaq qürurvericidir. Əvvəlcə baş məşqçimə, sonra isə komanda yoldaşlarıma təşəkkür edirəm. Bizim üçün yaxşı bir gecə oldu. Məsuliyyətimizin fərqindəyik. Avropa çempionatına tarix yazaraq gedən də, Millətlər Liqasında aşağı liqaya düşən da bizik. Millinin oyunları olan zaman ölkə olaraq bir ürək ola bilirik".

90plus.az xəbər verir ki, bu sözləri Türkiyə millisinin kapitanı Burak Yılmaz DÇ-2022-nin seçmə mərhələsində Niderlanda 4:2 hesabı ilə qalib gəldikləri oyunu şərh edərkən deyib.

Sözügedən görüşdə het-trikə imza atan 35 yaşlı hücumçu turnirə üç xalla başlamağın vacibliyini vurğulayıb: "Niderlandı 1 nömrəli rəqibimiz kimi görürük. İlk matça belə başlamaq bizim üçün çox vacib idi. Çox xoşbəxt və qürurluyuq. Bir neçə saatdan sonra bu qələbəni unudacağıq və bütün diqqətimizi Norveçlə oyuna yönəldəcəyik".

Burak Ronaldonun rekordunu qırması ilə bağlı isə gülərək bunları deyib: "Siz də məni tərifləmək üçün mütəmadi olaraq statistikadan danışırsınız".

0 comments