Burak "Lill"i tərk etmir

Türkiyə millisinin üzvü Burak Yılmaz klubu "Lill"dən ayrılmayacaq.


90plus.az xəbər verir ki, bu barədə Fransa təmsilçisinin baş məşqçisi Joselayn Qurvennes danışıb. O, 36 yaşlı hücumçunu komandada saxlamaq istədiklərini bildirib:


"Burakın komandadan ayrılacağını düşünmürəm. Onunla davamlı ünsiyyət qururam. Burak bu komandanın bir parçası olduğu üçün xoşbəxtdir. O, daha da yüksəlməyimiz üçün çalışır. Burakla dünən axşam vəziyyəti və planlarımızı dəyərləndirdik. O, layihəmizi bəyəndiyini bildirdi. Burak bizimlə qalacaq".


Qeyd edək ki, Burak Yılmazın "Lill"ə müqaviləsi növbəti ilin yayına qədərdir.

0 comments