Türkiyə millisinin sabiq üzvü Burak Yılmaz bu mövsümün sonunda Niderlandın "Fortuna Sittard" klubudan ayrılacaq.
90plus.az xəbər verir ki, bu barədə 37 yaşlı hücumçu özünün "Tvitter" hesabında yazıb: "Növbəti mövsüm "Fortuna Sittard"da oynamayacağam. Klubda nələrin yaşandığını ən qısa zamanda açıqlayacağam".
Qeyd edək ki, B.Yılmaz ötən ilin iyununda "Fortuna Sittard"la 5 illik müqavilə imzalayıb. O, bu mövsüm meydana çıxdığı 27 matçda 9 qol vurub.