top of page

Buskets karyerasını harada davam etdirəcək?

“Barselona”nın yarımmüdafiəçisi Serxio Buskets gələcək taleyi ilə bağlı seçim arasında qalıb.


90plus.az “Mundo Deportivo”-ya istinadən xəbər verir ki, o, Avropadan gələn təklifləri qəbul etməyi düşünmür. Busketsin karyerasını davam etdirmək üçün ehtimal edilən variantlar arasında Səudiyyə Ərəbistanı klublarının və MLS təmsilçisi “İnter Mayami”nin adı çəkilir.


İspaniya millisinin sabiq üzvünü ABŞ-dakı həyat cəlb edir. Lakin Səudiyyə Ərəbistanı klublarından gələn təkliflər maliyyə baxımdan daha sərfəlidir.


“Barselona” klubu artıq mövsümün sonunda Busketslə yollarını ayıracağını açıqlayıb. Kataloniya təmsilçisi bu barədə rəsmi “tvitter” hesabında paylaşım edib.


2008-ci ildən əsas komandada çıxış edən Buskets 721 matçda iştirak edib, 18 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.



0 comments

Comments


bottom of page