
"Barselona"nın futbolçusu Serji Buskets iştirak etdiyi "El-Klassiko"ların sayına görə keçmiş komanda yoldaşı Lionel Messi və "Real"ın sabiq müdafiəçisi Serxio Ramosun rekordunu təkrarlayıb.
90plus.az "Opta"ya istinadən xəbər verr ki, 34 yaşlı yarımmüdafiəçi buna İspaniya Superkubokunun finalında "Real"la hazırda davam edən matçda meydana çıxmaqla nail olub. O, karyerasında və 45-ci "El-Klassiko"nu keçirir. Belə gstərici ilə Buskets Messi və Ramosun rekordunu təkrarlayıb.
Qeyd edək ki, Messi 2004-2021 illərdə "Barselona"da oynayıb. Ramos 2005-2021-ci illərdə "Real"ın formasını geyinib. Hər iki futbolçu hazırda PSJ-də çıxış edir. Serxio Buskets isə 2008-ci ildə Kataloniya təmsilçisində oynayır.
Xatırladaq ki, hazırda 2-ci hissəsi oynanılan "Real" - "Barselona" finalında hesab 0:2-dir.