Byazidən pozitiv açıqlama


Milli komandamızın baş məşqçisi Canni De Byazi İtaliya radiosuna açıqlama verib.


90plus.az xəbər verir ki, o, Azərbaycan yığmasındakı işi və DÇ-2022-nin seçmə mərhələsindəki oyunlarla bağlı danışıb. İtaliyalı mütəxəssis növbəti dəfə iddialı fikirlər səsləndirib: “Köməkçilərimdən çox razıyam. Ümid edirəm ki, vacib işlər görə biləcək, italyanların ölkə xaricinə qışlamaq və ya vaxt öldürmək üçün getmədiyini sübut edəcəyik. Qarşıda Portuqaliya ilə oyunumuz var. Onların əsas problemləri bizim onları məğlub edə biləcəyimizi bilməmələridir. Ümid edirəm ki, bizimlə oyuna rahat çıxacaqlar”. De Byazi "6 günə 3 oyuna çıxmaq çətin olmayacaq" sualını belə cavablandırıb: "Əgər 40 oyunçum olsaydı, asan olardı". Qeyd edək ki, Azərbaycan yığması martın 24-də İtaliyada Portuqaliya yığması ilə qarşılaşacaq. Martın 27-də Qətərin qonağı olacaq komandamız ayın 30-da Serbiyanı qəbul edəcək.

0 comments