top of page

Bürünc medalçımız soyadını dəyişdi


Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska (+78 kq) soyadını dəyişib.


90plus.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov açıqlama verib.


Onun sözlərinə görə, 30 yaşlı idmançı hazırda müvafiq sənədləşmə işlərini görür: "Kindzerska bir neçə ildir ki, Azərbaycan millisini təmsil edir. Onun yeni soyadı Əliyavadır. Bildiyiniz kimi, həyat yoldaşı azərbaycanlıdır. Bakının Nizami rayonunda onun yoldaşının valideynləri yaşayır. Kindzerska hazırda müvafiq sənədləşmə işlərini görür. Onu artıq İrina Əliyeva kimi çağıra bilərik".


Qeyd edək ki, İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında Azərbaycana yeganə bürünc medalı qazandırıb.


(Report)

0 comments
bottom of page