top of page

"Bütün fikirlərimiz cavab görüşündədir" - "Makkabi"nin baş məqçisi


"Çox çılğın oyun alındı. Matça yaxşı başlasaq da, ikinci hissədə 3 top buraxdıq. Bu nəticəyə görə şadam. İndi fikirlərimiz cavab matçındadır. Doğma azarkeşlərimiz önündə oynayacağıq. Qələbə qazanmağa çalışacağıq".

90plus.az -ın məlumatına görə, bunu İsrailin "Makkabi" (Hayfa) komandasının baş məşqçisi Barak Baxar Bakıda "Neftçi" ilə 3:3 hesablı heç-heçə etdikləri UEFA Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib. 42 yaşlı mütəxəssis "Neftçi"nin çox yaxşı komanda olduğunu bildirib: "Rəqibin birinci qolu fantastik idi. Bundan sonra futbolçuların özünə inamı artdı və daha 2 qol vurdular. Lakin hesabı bərabərləşdirdik. Bu nəticə bizi qane edir". Baxar "ağ-qaralar"ın heyətində Sabir Buqrin, Emin Mahmudov və Yusuf Lavalın əla təsir bağışladıqlarını söyləyib: "Buqrin Mərakeş millisinə dəvət alıbsa, deməli, yaxşı futbolçudur. Bu gün də bunu göstərdi. Mərakeş yığmasında səviyyəli oyunçular çıxış edir. Buqrin də ondan biridir. Həmçinin Yusuf Laval və Emin Mahmudovu qeyd edərdim. İlk qolu buraxandan sonra 17 dəqiqə ərzində meydanda yalnız bir komanda var idi". Onun sözlərinə görə, "Makkabi"nin əsas məqsədi qrupa düşməkdir: "Bunun üçün hər şeyə hazırıq. İsraildəki matçda heç bir komanda dincəlməyəcək. Bütün fikirlərimiz cavab görüşündədir".



0 comments
bottom of page