Cüdoçularımız 5 medal qazandı




Rumıniyanın Kluj-Napoka şəhərində böyüklər arasında cüdo üzrə Açıq Avropa turniri start götürüb.


90plus.az xəbər verir ki, Azərbaycan idmançıları yarışın ilk günündə ümumilikdə 5 medal qazanıblar.


Nazir Talıbov (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medal qazanıb. Eyni çəki dərəcəsində mübarizə aparan digər idmançımız Rəşad Yelkiyev turniri bürünc medalla başa vurub. Ruslan Paşayev (66 kq) bürünc medala yiyələnib.


Telman Vəliyev (73 kq) final görüşündə tatamidən qalib ayrılaraq qızıl medala layiq görülüb. Eyni çəki dərəcəsində yarışan idmançımız Nəriman Mirzəyev isə turniri bürünc medalla başa vurub. İlk günün nəticələrinə görə, cüdoçularımız 5 medal qazanaraq kişilər arasında və ümumi komanda hesabında Açıq Avropa turnirdə birinci yerdədir.

0 comments