top of page

Cüdoçularımız ilk dəfə bu turnirdə iştirak edəcək

Azərbaycan cüdoçuları ilk dəfə böyüklər arasında Avropa Kata çempionatında iştirak edəcək.


90plus.az Azərbaycan Cüdo Federasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, 12-13 iyunda Sloveniyanın Podçetrtek şəhərində keçiriləcək və 21 ölkədən 300-ə yaxın idmançının iştirak edəcəyi yarışda Azərbaycan 6 idmançı ilə təmsil olunacaq.


Cüdoçularımız yarışa hazırlaşmaq üçün Türkiyənin Ankara şəhərində və Xorvatiyanın Riyeka şəhərlərində təşkil olunan təlim-məşq toplanışlarında iştirak ediblər.


Kata çempionatının ilkin yarışları 12 iyunda başlayacaq, finallar isə 13 iyunda keçiriləcək. 14 iyunda Podçetrtek şəhərində Kodokan seminarı baş tutacaq.



0 comments
bottom of page