
Kişilərdən ibarət cüdo üzrə milli yığma komandamız bu gün Avropa çempionatının keçirildiyi Bolqarıstanın paytaxtı Sofiyadan vətənə qayıdıb.
90plus.az Azərbaycan Cüdo Feerasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, Heydər Əliyev adına beynəlxalq hava limanında cüdoçularımızı mətbuat və federasiya nümayəndələr, Gənclər və İdman nazirliyinin əməkdaşları və digər şəxslər coşqu ilə qarşılayıblar.
Xatırladaq ki, cüdoçularımız Avropa çempionatda 3 medal qazanıblar. Hidayət Heydərov (73 kq) qızıl, Rüstəm Orucov (73 kq) və Məmmədəli Mehdiyev (90 kq) bürünc medala yiyələniblər.