top of page

Cüdoçularımızdan Qran-prinin ilk günündə 2 medal


Azərbaycan cüdoçusu Kamran Süleymanov Avstriyanın Linz şəhərində keçirilən Qran-pridə final görüşünüə çıxıb.

90plus.az xəbər verir ki, 66 kq çəki dərəcəsində çıxış edən idmançımız həlledici görüşdə ispaniyalı David Qarsiya Torneyə uduzub.

Qadınların yarışında 52 kq-dakı Gültac Məmmədəliyeva digər ispan Ariane Toro Solerə qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq-dakı Nazir Talıov isə bürünc medal uğrunda qarşılaşmada Ukraynadan olan Artem Lesiukə uduzaraq beşinci yerlə kifayətlənib.

Qeyd edək ki, Qran-Pridə ümumilikdə 75 ölkə təmsil olunub.  Bu gün başlayan turnir mayın 27-dək davam edəcək.

0 comments
bottom of page