top of page

Cüdoçumuz Avropa çempionu oldu

Portuqaliyanın Odivelas şəhərində yeniyetmə cüdoçular arasında Avropa çempionatı davam edir.


90plus.az xəbər verir ki, Azərbaycanın iki cüdoçusu bu gün medal qazanıb. 50 kq çəki dərəcəsində çıxış edən Məhəmməd Məmişov final görüşündə macarıstanlı cüdoçu Benke Qalo ilə qarşılaşıb. Rəqibinə qalib gələn Məmişov fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.


55 kq-dakı yarışan Əhməd Rüstəmov isə bürünc medal əldə edib.



0 comments
bottom of page