Cüdoçumuz bürünc medal qazandı


90plus.az xəbər verir ki, Azərbaycan cüdoçusu Kəramət Hüseynov Tbilisidə keçirilən Böyük Dəbilqədə bürünc medal uğrunda görüşə çıxıb.


60 kq çəki dərəcəsində mübarizə aparan Hüseynov Rusiyanı təmsil edən Konstantin Simeonidislə qarşılaşmalı idi. Lakin Simeonidis zədə səbəbindən tatamiyə çıxmadığı üçün Hüseynov bürünc medal qazanıb.

0 comments