Cüdoçumuz gümüş medal qazanıb




Çexiyanın paytaxtı Praqa şəhərində gənclər arasında cüdo üzrə Avropa kuboku turniri keçirilir.


90plus.az xəbər verir ki, 66 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən gənclərdən ibarət yığma komandanın üzvü Samir Piriyev yarışda uğurla çıxış edərək finala vəsiqə qazanıb.


Azərbaycan təmsilçisi qızıl medal uğrunda israilli idmançı Eran Fiksə məğlub olaraq, gümüş medala sahib olub.

0 comments