Cüdoçumuzdan medal!


Azərbaycan cüdoçusu Orxan Səfərov Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında bürünc medal uğrunda görüşə çıxıb. 90plus.az xəbər verir ki, 66 kq-da yarışan idmançı rusiyalı Yaqub Şamilovla üz-üzə gəlib. Qarşılaşmadan məğlub ayrılan Səfərov beşinci yerlə kifayətlənib. Qeyd edək ki, yarışın ilk günündə 60 kq-da çıxış edən Kəramət Hüseynov bürünc medal qazanıb.

0 comments