top of page

Cüdo üzrə Avropa çempionatı: 1 qızıl, 1 gümüş medal qazandıq


Portuqaliyanın Odivelas şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatında Azərbaycan cüdoçuları daha 3 medal qazanıblar.

90plus.az xəbər verir ki, -66 kq çəkidə Əbil Yusubov finalda  Rodriqo Caneyroya (Portuqaliya) qalib gələrək Avropa çempionu olub.


Eyni çəki dərəcəsində  Mehdi Cəfərov 3-cü yer uğrunda görüşdə  Qiorqi Dularidzeni (Gürcüstan) məğlub edərək bürünc medalını qazanıb.

-52 kq çəkidə Xədicə Qədəşova Adriana Saes Eviyaya (İspaniya) qalib gələrək Avropa çemponatının bürünc medalına yiyələnib.

-57 kq çəkidə Fidan Qasımova isə 7-ci olub.

0 comments
bottom of page