
Azərbaycan Cüdo Federasiyasının iclası keçirilib. 90plus.az xəbər verir ki, toplantıda cüdo üzrə Azərbaycan milli komandalarının yeni məşqçilər heyəti təsdiqlənib. Gənclərdən ibarət yığmanın baş məşqçisi Elçin İsmayılov böyüklərdən ibarət komandanın böyük məşqçisi təyin edilib. Onunla yanaşı, Mehman Əzizov baş məşqçi Mövlud Mirəliyevin köməkçisi vəzifəsinə gətirilib. Gənclərdən ibarət yığmanın məşqisi Zaur Babayev də işini əsas millidə davam etdirəcək. Əsas millinin sabiq böyük məşqçisi, Avropa və dünya çempionu Elxan Məmmədov gənclərdən ibarət komandaya baş məşqçi təyin olunub. Əsas yığmada məşqçi vəzifəsindən ayrılan Elxan Rəcəbli və Rüstəm Alimli Məmmədovun köməkçisi kimi fəaliyyət göstərəcək. Bundan əlavə, sabiq cüdoçulardan Nicat Şıxəlizadə yeniyetmə oğlanlardan, Kifayət Qasımova isə gənc qızlardan ibarət komandaya məşqçi təyin ediliblər. Böyüklərdən ibarət komanda Baş məşqçi: Mövlud Mirəliyev Böyük məşqçi: Elçin İsmayılov Məşqçilər: Mehman Əzizov, Zaur Babayev Gənclərdən ibarət komanda Baş məşqçi: Elxan Məmmədov Məşqçilər: Elxan Rəcəbli, Rüstəm Alimli Yeniyetmələrdən ibarət komanda Baş məşqçi: Ramiz Ramizzadə Məşqçilər: Emin İskəndərov, Nicat Şıxəlizadə Qadınlardan ibarət komanda Baş məşqçi: Rəşad Məmmədov Məşqçi: İmamverdi Məmmədov Məşqçilər (gənclər): Vüqar Hüseynov, Kifayət Qasımova Məşqçi (yeniyetmələr): Elnur İsmayılov.