"Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb"


"Cüdonun böyük ənənələri var, son illərdə böyük nailiyyətlər əldə olunub. Üzərimizə bunları daha da inkişaf etdirmək düşür". 90plus.az xəbər verir ki, bu sözləri Azərbaycan Cüdo Federasiyasının yeni prezidenti Rəşad Nəbiyev deyib. O, ilk növbədə hədəfləri müəyyənləşdirmək və strategiya qurmaq lazım olduğunu deyib: "Yeni tərkibdə məqsədləri müəyyənləşdirərək, onların öhdəsindən gələcəyik. Məqsədlər məlumdur. Cüdo ilə uşaqlıqda 15-16 yaşınadək məşğul olmuşam". R.Nəbiyev bildirib ki, yeni baş məşqçi ilə bağlı məsələyə hədəflər müəyyənləşəndən sonra aydınlıq gələcək: "Hər bir növdə olduğu kimi, cüdoda da əvvəldən proqnoz vermək çətindir. Cüdo inkişafdadır, Rövnəq müəllim böyük işlər görüb. Bizim hədəfimiz bu baza üzərində nailiyyətlər əldə etməkdir".

0 comments