Cüneyt Çakır üçün növbəti Avro-2020 təyinatı

Türkiyəli FİFA referisi Cüneyt Çakır Avro-2020-nin daha bir oyununa təyinat alıb. 90plus.az xəbər verir ki, o, qrup mərhələsinin üçüncü turunda Ukrayna - Avstriya matçını idarə edəcək. Çakıra yan xətt hakimləri qismində Bahaddin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını almaniyalı Daniel Sibert yerinə yetirəcək. Qeyd edək ki, sözügedən qarşılaşma iyunun 21-i Bakı vaxtı ilə 20:00-da başlayacaq.

0 comments