Cüneyt Çakıra Avro-2020-də növbəti təyinat

Türkiyəli FİFA referisi Cüneyt Çakır Avro-2020-nin daha 1 oyununa təyinat alıb. 90plus.az xəbər verir ki, o, Xorvatiya - İspaniya matçını idarə edəcək. Ona yan xətt hakimləri qismində Bahattin Duran və Tarık Ongun kömək edəcəklər. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirəcək.

Qeyd edək ki, iyunun 28-də keçiriləcək qarşılaşma Bakı vaxtı ilə 20:00-da başlayacaq.

0 comments