top of page

Cəbəllütariq klubu “Qarabağ”la oyun üçün Bakıya yola düşdü

Cəbəllütariqin “Linkoln” komandası “Qarabağ”a qarşı keçirəcəkləri UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyunu üçün Bakıya yola düşüb.


90plus.az xəbər verir ki, bu barədə komandanın sosial şəbəkə hesabında paylaşım edilib.


Bakı Olimpiya Stadionunda baş tutacaq “Qarabağ” – “Linkoln” matçına saat 20:00-da start veriləcək. Səfərdəki ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:1.

0 comments
bottom of page