top of page

"Cəbrayıl"ın UEFA Region Kubokunda rəqibi bəllidir


UEFA Region Kubokunda Azərbaycanı təmsil edəcək “Cəbrayıl”ın rəqibi müəyyənləşib.

90plus.az xəbər verir ki, Cavid Hüseynovun baş məşqçisi olduğu komanda yarışın ilkin mərhələsində Belarus “Kolos”u ilə üz-üzə gələcək. Bu komandalar 2-ci qrupda yarışacaqlar. Oyunlar Şamaxı Olimpiya Kompleksində keçiriləcək. 1-ci qrupun matçları isə Bakıda “Ask Arena”da təşkil olunacaq. Həmin qrupda “Basiani” (Gürcüstan), "Kaskelen" (Qazaxıstan) və "Tallina Zapoos" (Estoniya) mübarizə aparacaqlar. Qrup matçları 23-29 iyunda keçiriləcək. Qrupun iki qalibi arasında keçiriləcək oyundan sonra qalibin növbəti mərhələdə hansı qrupda oynayacağı qətiləşəcək.



0 comments
bottom of page