
"İlk olaraq, keçirdiyim aylara görə İspaniyanın "Luqo" klubuna minnətdaram". 90plus.az xəbər verir ki, bu fikirləri "Neftçi"nin yeni transferi Eddi İsrafilov şəxsi instaqram hesabında yazıb. O bu keçidədək baxışda olduğu İspaniya təmsilçisinə təşəkkür edib: "Ayrılmaq istədiyim vaxt mənə bütün şəraiti yaratdınız və qərarımı anlayışla qarşıladınız. Sizə dərin minnətdarlığımı bildirirəm". İsrafilov yeni komandaya transferini isə belə dəyərləndirib: "İkincisi, "Neftçi" kimi əla kluba, gözəl və cəlbedici layihəyə qoşulduğum üçün çox xoşbəxtəm". Qeyd edək ki, Eddi İsrafilov "ağ-qaralar"la 2,5 illik müqavilə imzalayıb. O, iyunda İspaniya "Albasete"sindən ayrıldıqdan sonra klubsuz qalıb və "Luqo"da məşqlərə çıxıb.