Bu gün 2023-cü il Cənubi Amerika Superkubokunun cavab oyunu keçirilib.
90plus.az xəbər verir ki, görüşdə ötən mövsüm Libertadores Kubokunu qazanan "Flamenqo" (Braziliya) və Sudamerikana Kubokunun qalibi "İndependent del Valle" (Ekvador) bu dəfə "Marakana" stadionunda qarşılaşıblar.
Sözügedən komandalar arasında ilk görüş Ekvador təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab oyununda isə "Flamenqo" minimal hesabla qalib gəlib. Əlavə vaxtda da qalib müəyyənləşədiyindən penaltilər seriyası oynanılıb. Bu dəfə "İndependent del Valle" daha dəqiq olaraq kuboku qazanıb - 5:4.
Ekvador klubu tarixində ilk dəfə bu kuboku əldə edib.
Qeyd edək ki, Cənubi Amerika Superkubokunun ötənilki qalibi isə "Palmeyras" (Braziliya) olub.