top of page

"Camal bir gün "Real"da oynayacaq"

“Real”ın və Almaniya millisinin müdafiəçisi Antonio Rüdiger Camal Musiala haqda fikirlərini bölüşüb.


90plus.az “zdf.de”-yə istinadən xəbər verir ki, almaniyalı müdafiəçi gənc oyunçunun “kral klubu”nda oynaya biləcəyini vurğulayıb:


“Camal Musiala bir gün “Real”da oynayacaq. Görün, o, “Bayern”də nələr edir! Camal istedadlı oyunçudur”.


Musiala 2020-ci ildən “Bayern”də çıxış edir. 19 yaşlı futbolçu bu mövsüm Bundesliqada 14 oyuna çıxıb, 9 qol vurub və 6 məhsuldar ötürmə edib.


Musiala 2021-ci ildən Almaniya millisində forma geyinir. Yarımmüdafiəçi DÇ-2022 üçün iştirak ərizəsinə daxil edilib.



0 comments
bottom of page