top of page

Canluka Vialidə xərçəng aşkarlanıb

İtaliya millisinin sabiq üzvü Canluka Viallidə yenidən xərçəng xəstəliyi yaranıb.


90plus.az İtaliya mətbuatına istinadən xəbər verir ki, bir neçə gün əvvəl Londonda əməıiyyat olunan keçmiş hücumçunun vəziyyəti ağırdır.


58 yaşlı Vialli 2017-ci ildən mədəaltı vəzi xərçəngi ilə mübarizə aparır. O, bir müddət əvvəl xəstəliyə qalib gəlsə də, yenidən səhhəti pisləşib və müalicəyə başlayıb. 2019-cu ildən İtaliya millisində baş məşqçi Roberto Mançininin köməkçisi olan Canluka ötən gün vəzifəsindən ayrıldığını açıqlayıb.


Qeyd edək ki, İtaliya millisində 59 oyun keçirən Vialli "Çelsi"," "Yuventus" və "Sampdoriya" klubunda çıxış edib.

0 comments
bottom of page