Canni De Byazi ümid verir...


"Belə demək mümkünsə, kifayət qədər balanslı qrupda mübarizə aparacağıq".


90plus.az xəbər verir ki, bu fikirləri futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Canni De Byazi UEFA Millətlər Liqasında 2022/2023 mövsümünün püşkatmasını dəyərləndirərkən deyib.

İtaliyalı mütəxəssis Slovakiyanın qrupun favoriti olduğunu bildirib: "Yəqin ki, bunu deməklə yeni nəsə söyləmiş olmayacağıq. Belarus və Qazaxıstan-Moldova cütünün qalibi ilə gərgin mübarizə aparacağıq. Lakin düşünürəm ki, mövsümün sonuna doğru yaxşı formada olsaq, qrupda yaxşı mənada öz sözümüzü deyə bilərik".

0 comments