Canni De Byazi: "Bu iki oyun bizim üçün inam qazanmaq baxımından vacibdir"

"Seçmə mərhələyə 122 gün qalıb. Bu iki oyun inam qazanmaq baxımından bizim üçün vacibdir. Həyatda irəliyə getmək üçün nəyisə çox istəməli, inkişaf etməlisən. Bu, sabitlik baxımından da önəmlidir".


90plus.az, bunu futbol üzrə Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi səfərdə Moldovaya qarşı keçirəcəkləri yoldaşlıq oyunundan əvvəl mətbuat konfransında deyib.


Qeyd edək ki, noyabrın 16-da Kişineudakı "Zimbru" stadionunda oynanılacaq Moldova - Azərbaycan görüşü Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

0 comments