top of page

Canni De Byazi favorit komandasını açıqladı


“Sensasiyalı nəticələri və gözlənilməz heç-heçələri bir kənara qoysaq, dünya çempionatında ən çox güvəndiyim komanda İspaniya yığmasıdır”.

“90plus”un məlumatına görə, bunu futbol üzrə Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi “tuttomercatoweb”ə müsahibəsində Qətərdə keçirilən dünya çempionatında komandaların şansları barədə danışarkən deyib.

İtaliyalı mütəxəssis qrup mərhələsi başa çatmaq üzrə olan DÇ-2022-də sürpriz nəticələrin qeydə alınmasından məmnun olduğunu söyləyib. O, xüsusən də, İspaniya yığmasındakı həmkarı Luis Enrikenin titulu qazanmasını arzuladığını etiraf edib: “Luis Enrike həyatın ondan aldıqlarından sonra bu turniri qazana bilsə, çox sevinərəm”.

İtaliyalı məşqçi ölkəsinin milli komandasının mundialdan kənarda qalmasına da münasibət bildirib: “İtaliya uğursuzdur. Avropa çempionluğunu qazanmış komandanın ardınca iki dünya çempionatından kənarda qalmasını düşünmək anormallıqdır”.

Qeyd edək ki, E qrupunda 4 xalla ikinci yeri tutan İspaniya millisi 1/8 final mərhələsində Mərakeşlə qarşılaşacaq.

0 comments
bottom of page