
Azərbaycan milli komandasının Avro-2024-ün seçmə mərhələsində Belçika ilə bugünkü oyun üçün 23 nəfərlik sifariş ərizəsi müəyyənləşib.
90plus.az UEFA-nın rəsmi saytına istinadən xəbər verir ki, yığmamızın baş məşqçisi Canni De Byazi müdafiəçilər Bəxtiyar Həsənalızadə ilə Amin Seydiyev və yarımmüdafiəçi Ozan Can Kökçünün adını iştirak ərizəsinə daxil etməyib.
Belçika ilə oyun üçün 23-lüyə Şahruddin Məhəmmədəliyev ("Qarabağ"), Səlahət Ağayev ("Səbail") Anton Krivotsyuk ("Daejon Hana" Cənubi Koreya), Bəhlul Mustafazadə, Toral Bayramov, Rahil Məmmədov (hamısı "Qarabağ"),Höccət Haqqverdi ("Neftçi"), Elvin Bədəlov ("Sumqayıt") Yusif Nəbiyev ("Səbail"), Elvin Cəfərquliyev ("Qarabağ"), Coşqun Diniyev (Umraniyespor, Türkiyə), Elvin Camalov ("Sabah"), Emil Səfərov ("Qəbələ"), Emin Mahmudov ("Neftçi), Filip Ozobiç ("Neftçi), Rüstəm Əhmədzadə, Qismət Alıyev (hər ikisi "Zirə"), Aleksey İsayev ("Sabah"), Mahir Emreli ("Dinamo" Xorvatiya), Ramil Şeydayev ("Buriram Yunauyed", Tailand), Renat Dadaşov ("Qrasshopper", İsveçrə) və Musa Qurbanlının ("Yurqorden, İsveç) adları daxil edilib.
Xatırladaq ki, bu gün keçiriləcək Azərbaycan - Belçika matçı saat 17:00-də başlanacaq.