Canni De Byazi: "Yaxşı oyun göstərdik"

"Nəticəyə baxmayaraq yaxşı oyun göstərdik. Birinci hissədə erkən qol buraxdıq. Bu, bizə təsir etdi. İlk yarıda 0:2 hesabı ilə geridə olsaq da, rəqibdən yaxşı oynadıq".

90plus.az xəbər verir ki, bu fikirləri Azərbaycan millisinin baş məşqçisi Canni De Byazi İrlandiyaya Bakıda 0:3 hesabı ilə uduzduqları 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "CBC Sport"a açıqlamasında deyib.

İtaliyalı mütəxəssis FIFA reytinqində 55-ci pillədə yer alan komandaya qarşı oynadıqlarını xatırladıb: "Biz 117-ci sıradayıq. Amma oyun baxımından çox böyük fərq görünmürdü. Fərq sadəcə qollarda idi.


65 yaşlı baş məşqçi bütün futbolçuların klublardakı çıxışlarını izlədiyini sözərinə əlavə edib: "Onların oyunlarını izlədikdən sonra çağırmışdıq. Oyunçular klublarında daha çox hazırlıq keçirlər. Biz 28 məşqi 3-4 təlim-məşq toplanışında etmişik".

0 comments