top of page

Canni İnfantino daha 4 il FİFA-ya başçılıq edəcək

Canni İnfantino yenidən FIFA prezidenti seçilib.


xəbər verir ki, bu barədə ali futbol qurumu rəsmi saytı vasitəsilə məlumat yayıb.


Bildirilib ki, Ruandanın paytaxtı Kiqalidə keçirilən 73-cü Konqresdə isveçrəli futbol funksionerinin növbəti dörd il üçün prezidentliyi təsdiqlənib. İnfantino seçkiyə yeganə namizəd kimi qatılıb. O, 2027-ci ilədək postunda qalacaq.


Qeyd edək ki, Canni İnfantino 2016-cı ildən FIFA prezidenti vəzifəsini icra edir.

0 comments
bottom of page