top of page

Canni İnfantino elektron tablodan istifadə etməyi öyrənib

FIFA prezidenti Canni İnfantino əvəzetmə zamanı işlədilən elektron tablodan istifadə etməyi öyrənib.


90plus.az TASS-a istinadən xəbər verir ki, bu, Dohadakı "El Tumama" stadionunda futbol əfsanələri ilə Qətərdə təşkil olunan dünya çempionatının işçiləri arasında keçirilmiş yoldaşlıq oyunu zamanı baş verib.


Matçın fasiləsində hakim paltarı geyinən İnfantino mundialın baş tutduğu ili simvolizə edən 20 və 22 rəqəmləri göstərilmiş tablonu yuxarı qaldırıb. Bundan əvvəl isə funksionerə cihazın necə işlədiyi izah edilib.


Yoldaşlıq görüşündə Braziliya millisinin heyətində ikiqat dünya çempionu Kafu, beşqat İngiltərə çempionu Con Terri, 2002-ci il mundialının qalibi Roberto Karlos, 2006-cı ilin dünya çempionları Marko Materatsi, Alessandro Del Pyero və digər veteran oyunçular iştirak ediblər.


Qeyd edək ki, DÇ-2022-yə dekabrın 18-də yekun vurulacaq.


0 comments
bottom of page