CAS fəaliyyətini dayandırdı 

Beynəlxalq İdman Arbitraj Məhkəməsi (CAS) koronavirus səbəbindən may ayının əvvəlinə qədər bütün işlərini dayandırıb.

90plus.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Bildirilib ki, "Mançester Siti"nin avrokuboklardan iki mövsümlük kənarlaşdırılması ilə bağlı şikayəti üzrə iş də təxirə salınıb. CAS-ın növbəti mövsümün əvvəlinə kimi bəlkə də bu şikayətə baxmağa vaxt tapa bilməyəcəyi vurğulanıb. Belə olacağı təqdirdə isə, "Mançester Siti" bəraət alsa belə növbəti mövsüm Çempionlar Liqasında oynamaya bilər.

0 comments