Cavid İmamverdiyev “Kəpəz”də

"Kəpəz" yeni mövsümə hazırlıqla bağlı transfer çalışmalarını davam etdirir.

90plus.az klubun rəsmi feysbuk səhifəsinə istinadən xəbər verir ki, Gəncə təmsilçisi Cavid İmamverdiyevi heyətinə cəlb edib. 31 yaşlı yarımmüdafiəçi "sarı-göylər"in heyətində 8 nömrəli futbolkada çıxış edəcək.

Qeyd edək ki, İmamverdiyevin buna qədər son klubu “Sumqayıt” olub.

0 comments