"Siti"yə gələndə düşünürdüm ki, liqanın ən yaxşı komandasına gedəcəyəm, ona görə də çox qol vuracam".
90plus.az "The Athletic"ə istinadən xəbər verir ki, bu sözləri “Mançester Siti”nin oyunçusu Cek Qriliş deyib.
İngilis oyunçu “Siti”də qol vurmağın çətin olduğunu söyləyib:
“Amma gözlədiyim kimi olmadı. Burada qol vurmaq daha da çətindir. Əksər komandalar bizə görə tamamilə qapalı futbol oynayır. Mən “Aston Villa”da oynayanda rəqiblərin müdafiə quruluşu belə deyildi”.
Qeyd edək ki, bu mövsüm Cek Qriliş “Mançester Siti”nin heyətində 11 matçda 1 qol və 3 məhsuldar ötürmə yadda qalıb.