Cerrard: “Arzuladığım kimi başladım”

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard Premyer Liqada “Brayton”a qarşı keçirdikləri oyunu (2:0) şərh edib.

90plus.az xəbər verir ki, BBC-yə danışan Cerrard, qələbə ilə başladığı üçün xoşbəxt olduğunu deyib:


“Xoşbəxtəm, yaxşı başlanğıc idi. Arzuladığım kimi başladım. Mükəmməl qələbə oldu. Bu qələbəmizi qorumalıyıq.


Qol buraxmadığımız üçün şadam. Düşünürəm ki, layiqli qələbə qazandıq. İndi bu uğurumuzu qorumalı və növbəti oyunlarda da əks etdirməliyik”.

0 comments