top of page

Cerrard daha iki il Səudiyyə Ərəbistanında!


Səudiyyə Ərəbistanının “Əl-Ettifaq” klubu baş məşqçisi Stiven Cerrardla müqavilənin müddətini uzadıb.


90plus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, ingiltərəli mütəxəssisin yeni sözləşməsinin müddəti 2 illikdir.


Onun əvvəlki müqaviləsi 2025-ci ilin yayına qədər idi.

Qeyd: Cerrard 2023-cü ilin yayından “Əl-Ettifaq”ı çalışdırır. Onun komandası 19 turdan sonra Səudiyyə Ərəbistanı çempionatında 8-ci yerdədir.

0 comments
bottom of page