
"Reyncers"in və "Aston Villa"nın sabiq baş məşqçisi Stiven Cerrard PSJ-ni çalışdıra bilər.
90plua.az "Scottish Daily Express"ə istinadən xəbər verir ki, Fransa klubunun rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinin "Bavariya" ilə ilk oyunundakı (0:1) məğlubiyyətdən sonra hazırkı baş məşqçi Kristof Qaltyedən narazıdır. Onlar mövsümün sonunda baş məşqçini dəyişməyi düşünür.
Qeyd edək ki, Cerrardın çalışdırdığı son komanda "Aston Villa" olub. "Liverpul"un keçmiş futbolçusu ötən ilin oktyabrında istefaya göndərilib.