top of page

Cerrard tarixə düşdü


Stiven Cerrard yeni klubu "Aston Villa" tarixində ən yaxşı məşqçilik startlarından birini keçirib. 90plus.az "Opta"ya istinadən xəbər verir ki, ingilis mütəxəssis komandanın tarixində iki qalibiyyətlə başlayan ikinci məşqçi olub. Xatırladaq ki, Cerrard debüt oyununda "Brayton"a 2:0, ikinci görüşdə “Kristal Pelas”a 2:1 hesabı ilə qalib gəlib. "Aston Villa"da ardıcıl iki qələbə ilə başlayan ilk məşqçi 1997/98-ci ilin ortalarında Con Qreqori olub.

0 comments
bottom of page