top of page

Cerrarddan yeni yemək qadağaları

“Aston Villa”nın yeni baş məşqçisi Stiven Cerrard futbolçularına pəhrizlə bağlı yeni qadağalar tətbiq edib.

90plus.az “The Telegraph”a istinadən xəbər verir ki, gənc çalışdırıcı oyunçulara qazlı içki, pudinq (yumurta, şəkər, süd və undan ibarət ingilis deserti), isti şokoladı qadağan edib. Həmçinin, futbolçular bir neçə növ sousdan, o cümlədən mayonezdən imtina etməlidirlər.


Yalnız matçdan bir gün əvvəl bədəni karbohidratlarla təmin etmək üçün oyunçulara şirniyyat yeməyə icazə veriləcək. Cerrardın fikrincə, futbolçuların qida rasionunda yeniliklər onlara qida dəyəri olmayan boş kalorilərin qəbulunu azaltmağa imkan verəcək.

Bundan əvvəl Cerrard futbolçulara ketçup yeməyi qadağan etmişdi.

Qeyd edək ki, “Aston Villa” İngiltərə Premyer Liqasında 12 oyundan sonra 13 xalla 16-cı pillədə qərarlaşıb.

0 comments
bottom of page