top of page

Cessi Linqard uzun müddətə sıradan çıxıb

İngiltərənin “Nottingem Forest” klubunun yarımmüdafiəçisi Cessi Linqard uzun müddətə sıradan çıxıb.


90plus.az xəbər verir ki, 30 yaşlı futbolçu Premyer Liqanın 17-ci turu çərçivəsində baş tutan “Mançester Yunayted”lə səfər matçında (0:3) zədələnmişdi.


Müayinələr nəticəsində ingilis futbolçunun azı bir ay yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.


Linqard bu mövsüm İngiltərə Premyer Liqasında 14 oyun keçirib.

0 comments
bottom of page