Ceyms Şarp Azərbaycana təşəkkür edib


Avropa çempionatında A qrupunun iki görüşünü Bakıda keçirmiş Uels millisi Azərbaycanı tərk edib. 90plus.az xəbər verir ki, bu barədə Böyük Britaniya səfiri Ceyms Şarp tvitterdə yazıb. O bildirib ki, Robert Peycin baş məşqçi olduğu komanda qrup mərhələsində İtaliyaya qarşı son oyun üçün Romaya gedib. Səfir AVRO-2020-də Uelsə göstərdiyi gözəl qonaqpərvərliyə görə, Azərbaycana təşəkkür edib. Qeyd edək ki, Uels seçməsi Bakı Olimpiya Stadionundakı ilk matçında İsveçrə ilə heç-heçə edib - 1:1. Komanda ikinci görüşdə Türkiyə millisinə 2:0 hesabı ilə qalib gəlib.

0 comments