top of page

“Challenge Cup”: Şuşanın “Xarı Bülbül" klubu bu gün oynayacaq


Kişi voleybolçulardan ibarət "Xarı Bülbül" komandası bu gün Çelenc Kubokunda mübarizəyə başlayacaq.


90plus.az xəbər verir ki, Şuşa təmsilçisi 1/32 finalın ilk oyununda Slovakiyanın "TJ Spartak" klubu ilə üz-üzə gələcək.

Bakıdakı Voleybol Mərkəzində reallaşacaq qarşılaşma saat 18:00-da start götürəcək. Qarşılıqlı razılığa əsasən, cavab görüşü də sabah eyni arenada gerçəkləşəcək.

0 comments
bottom of page