"Chelsea"nin qolkiperi əməliyyat olundu


90plus.az bildirir ki, "Chelsea"nin qapıçısı Eduardo Mendy əməliyyat olunub.


Bu barədə komandanın baş məşqçisi Thomas Tuchel xəbər verib. O, 28 yaşlı qapıçının bu səbəbdən Seneqal millisinin düşərgəsinə də qoşula bilməyəcəyini vurğulayıb:


"Mendi diş əməliyyatı keçirdiyi üçün burada qalacaq. O, tam olaraq bu problemdən qurtulmaq üçün stomatoloqa getməlidir. Buna görə də belə qərar verdik".

0 comments